Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb - VİDEO

Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb - VİDEO Kino və Teatrda oynadığı rollarla xalqın rəğbətini qazanan sevimli aktyorumuza şəfa diləyirik
Multimedia
26 Aprel , 2021 16:35
Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb - VİDEO
Arif Quliyev

Artıq 10 gündür ki, COVID-19 virusuna yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti getdikcə ağırlaşır.

Xəstəxanada aparılan müalicələrə baxmayaraq ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub. Xalq artistinin qızı Günel Quliyevanın “Report”a verdiyi açıqlamaya görə, müayinə və müalicələrə baxmayaraq atasının vəziyyəti olduqca ağırdır.

Qeyd edək ki, Arif Əli oğlu Quliyevin 71 yaşı var. Kino və Teatrda oynadığı rollarla xalqın rəğbətini qazanan sevimli aktyorumuza şəfa diləyirik!

Son xəbərlər

Orphus sistemi