Vətən müharibəsində şəhid olan təcili yardım sürücüsünün xatirə lövhəsinin açılışı olub

Vətən müharibəsində şəhid olan təcili yardım sürücüsünün xatirə lövhəsinin açılışı olub Xətai rayonunda, Seyid Əzim Şirvani küçəsində Vətən müharibəsi şəhidi Fəxrəddin Yaqub oğlu Yaqubovun anım mərasimi və xatirə lövhəsinin açılışı olub.
Multimedia
219
22 Noyabr , 2021 12:51
Vətən müharibəsində şəhid olan təcili yardım sürücüsünün xatirə lövhəsinin açılışı olub

Xətai rayonunda, Seyid Əzim Şirvani küçəsində Vətən müharibəsi şəhidi Fəxrəddin Yaqub oğlu Yaqubovun anım mərasimi və xatirə lövhəsinin açılışı olub.

“Report” xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, 7 saylı Şəhər Poliklinikasının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış tədbirində Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhidin iş yoldaşları bildiriblər ki, F.Yaqubov həddindən çox yaxşı insan və yaxşı sürücü idi: "Özü də Qubadlı rayonundan idi. Vətən müharibəsi zamanı iki aydır yaralı daşıyırdı. Adətən, işçilər 10 günlük ezam olunurlar və qayıdırlar. Çox vətənpərvər insan idi, hamıya kömək etmək istəyirdi. Bütün kollektivimiz onun ölümündən çox sarsılıb”.

Qeyd edək ki, F.Yaqubov 1962-ci il sentyabrın 7-də Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. Təcili Tibbi Yardım Stansiyasında 15 ildən çoxdur sürücü işləyirdi. Vətən müharibəsi zamanı hərbçilərə yardım apararkən noyabrın 22-də itkin düşüb. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu. Ancaq sonradan şəhid olduğu müəyyənləşib. F.Yaqubovun meyiti Azərbaycana təhvil verilib.

Son xəbərlər

Orphus sistemi