Toylar açıq havada keçirilə bilər - VİDEO

Toylar açıq havada keçirilə bilər - VİDEO Azərbaycanda 14 aydır pandemiya səbəbindən toy mərasimlərinin keçirilməsinə icazə verilmir
Multimedia
2380
20 May , 2021 13:35
Toylar açıq havada keçirilə bilər - VİDEO

Azərbaycanda 14 aydır pandemiya səbəbindən toy mərasimlərinin keçirilməsinə icazə verilmir.

Deputat Razi Nurullayev “Report”a açıqlamasında bir ildən artıqdır toyların olmadığını və bundan insanların narahat olduğunu bildirib. O, qapalı məkanlarda 50-100 nəfərlik tədbirlərin olduğunu əsas gətirərək, yay aylarında, açıq havada toylara icazə verilməsini təklif edib.

Onun sözlərinə görə, bu zaman pandemiyanın şərtlərinə uyğun toy mərasimləri təşkil etmək mümkündür.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, toyların keçirilməsinə icazə verilməsi iqtisadiyyatda, xüsusən də kənd təsərrüffatı məhsullarının istehlakı sahəsində dirçəliş yarada bilər.

Mövzu ilə bağlı süjeti təqdim edirik.

Video: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi