Tərtərdə yol qəzası olub, sürücü ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Tərtərdə yol qəzası olub, sürücü ölüb - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə edilib
Multimedia
17 Oktyabr , 2018 17:05
Tərtərdə yol qəzası olub, sürücü ölüb - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

 Video əlavə edilib


***15:10

Tərtər. 17 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Mingeçevir şəhər sakini Sübhü Abbasovun idarə etdiyi İSUZU markalı yük maşını ilə "VAZ-21015" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, rayonun İrəvanlı kənd sakini, 1981-ci il təvəllüdlü Mahmudov Elcan Elburus oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi