Tərtərçay üzərindəki qəzalı körpü əsaslı şəkildə bərpa edilir - FOTO

Tərtərçay üzərindəki qəzalı körpü əsaslı şəkildə bərpa edilir - FOTO Körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilir
Multimedia
3 Mart , 2016 14:29
Tərtərçay üzərindəki qəzalı körpü əsaslı şəkildə bərpa edilir - FOTO

Bakı. 3 mart. REPORT.AZ/ Bərdə rayonu Əyricə və Yeni Əyricə kəndlərinə gedən avtomobil yolunda, Tərtərçay üzərində yerləşən avtomobil körpüsü “Azəryolservis” ASC tərəfindən əsaslı şəkildə bərpa edilir.

"Report"un məlumatına görə, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib. Körpünün uzunluğu 35 metr, eni isə 4 metrdir. Körpü istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətdə idi. Artıq körpünün bərpası istiqamətində bir müddətdir  işlərə başlanılıb.

Əsaslı şəkildə aparılan bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib. Hazırda körpünün dəmir konstruksiyasının qurulması işləri aparılır. Bu işlər çərçivəsində körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilir. Körpünün kənarlarına dəmir mühəccərlər quraşdırılır. Bununla yanaşı, körpüyə gələn yanaşma yollarının asfaltlanması və yamacların betonlanması işləri də aparılır.

Körpünün dəmir konstruksiyası tam hazır olduqdan sonra hərəkət hissəsinin 15 sm qalınlığında betonlanması və 5 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Körpünün kənarı ilə vətəndaşların da rahat və təhlükəsiz gediş-gəlişi üçün piyada səkisi tikiləcək.

Son xəbərlər

Orphus sistemi