Yuxarı

Təltif olunmuş hərbçi: "Əks hücumla düşməni məhv etdik" - VİDEOREPORTAJ

Döyüşlərdə iştirak edən hərbçilərin hamısı qəhrəmandır

Füzuli. 5 may. REPORT.AZ/ "Əgər əmr gəlsə torpağlarımızı işğaldan azad etməyə hazırıq". Bunu "Report"a cəbhə xəttində döyüşən Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Zülfü Rzayev bildirib. 

Aprel ayının əvvəlində cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alınmasında şücaətlə iştirak edən və "İgidliyə görə" medalı ilə təltif olunan Z.Rzayev vurğulayıb ki, Azərbaycan ordusu ermənilərin qəfil hücümunun qarşısını almaqla düşmənə sarsıdıcı zərbələr endirib: "Əks hücumla düşmənin həm texnikasını, həm də canlı qüvvəsini məhv etdik. Aprelin əvvəlində cəbhədəki döyüşlərdə iştirak edən hərbçilərin hamısı qəhrəmandır".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi