“Fulya Öztürkün işi mənim üçün daha kinematoqrafikdir”.
Bunu “Report”a müsahibəsində son zamanlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan “Fulya” filminin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç deyib.
O, sosial şəbəkələrdə gedən müzakirələrin normal hal olduğunu bildirib: “Yaxşı iş həmişə müzakirədə ortaya çıxır. Müqayisə etmədən nəyin yaxşı, nəyin pis olduğunu bilmək olmaz. Yazılanlar arasında "Niyə Çingiz Mustafayev haqqında film çəkilmir" sualı da qarşıma çıxır. Baxın, informasiyanı çox dərindən öyrənmirlər. Qeyd edim ki, “Böyük qayıdış” film müsabiqəsində “Fulya” sənədli filmi qalib olan 4 filmdən sadəcə biridir. O filmlərdən biri isə Çingiz Mustafayevlə bağlıdır”.
Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı olan "Fulya" filminin çəkilişləri davam edir. Filmdə Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini ilk səsdən dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi yol onun timsalında xüsusi kadrlarla yenidən əks etdiriləcək.
Müsahibəni ətraflı olaraq linkdən izləyə bilərsiniz: