Şimal bölgəsində əhalinin siyahıyaalınması uğurla davam etdirilir.
Quba rayon Statistika İdarəsinin rəisi Sahib Məmmədov "Report"un Şimal bürosuna bildirib ki, əhalinin siyahıyaalınması, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarına əsasən aparılır: "Əhalinin siyahıya alınmasına hazırlıq işlərinə
Qusar rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov bildirib ki, əhalinin artım dinamikasını hesablamaq üçün rayon ərazisində 7 təlimatçı-məntəqə olmaqla 66 təlimatçı və 332 nəfər sayıcı fəaliyyət göstərir: "Əhalinin siyahıya alınmasının lazımi səviyyədə aparılması üçün bütün məntəqələr Dövlət Statistika Komitəsi tərəfindən zəruri avadanlıqlarla təmin olunub və həmin avadanlıqlar aidiyyəti üzrə çatdırılıb".
Xızı rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev bildirib ki,rayon ərazisində əhalinin siyahıyaalınması üçün 1 məntəqə, 12 nəfər təlimatçı və 58 nəfər sayıcı fəaliyyət göstərir: "Siyahıyaalınmaya cəlb olunan mütəxəssislər əsasən, ali təhsilli olmaqla, həmin ərazini yaxşı tanıyan kadrlardır. Bu mütəxəssislərlə biz ayrı-ayrılıqda seminar-müşavirələr keçirib, siyahıyaalmanın məqsəd və vəzifələrini onların nəzərinə çatdırmışıq".
Siyəzən rayon Statistika İdarəsinin rəisi Bəhrəm Sultanovun sözlərinə görə, hazırda rayon ərazisində siyahıyaalma işləri uğurla davam etdirilir: "Rayonunda 3 təlimatçı-məntəqə olmaqla 28 nəfər təlimatçı və 138 nəfər sayıcı əhalinin siyahıyaalınması işlərinə cəlb edilib".
Xaçmaz rayon Statistika İdarəsinin rəisi Böyükağa Qurbanov bildirib ki, rayonda 12 məntəqə, 113 təlimatçı-məntəqə olmaqla 565 sayıcı fəaliyyət göstərir: Bu gün əhalinin siyahıalınmasının son günüdür. Demək olar ki bütün göstəricilər yerinə yetirilib. Günün sonuna qədər isə siyahıyaalınma yekunlaşdırılacaq. Ümumilikdə əhalinin siyahıyaalınması rayonumuzda yüksək səviyyədə həyata keçirilir. İlk gündən sayıcılar əhalinin siyahıyaalınması işlərini böyük həvəs və peşəkarlıqla yerinə yetirilər. Demək olar ki, bu günə qədər hər hansı nöqsan və ya qanun pozuntusu aşkar edilməyib".