Səsvermənin başa çatmasına 3 saat qalıb... - FOTOREPORTAJ

Səsvermənin başa çatmasına 3 saat qalıb... - FOTOREPORTAJ Xalq bələdiyyə üzvlərini seçir
Multimedia
23 Dekabr , 2019 16:12
Səsvermənin başa çatmasına 3 saat qalıb...  - FOTOREPORTAJ

Azərbaycanda bütün seçki məntəqələrində bələdiyyə seçkilərinə səsvermə davam edir.

“Report” xəbər verir ki, 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.

Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41800-dək namizəd qeydiyyata alınıb. Səsvermənin bitməyinə 3 saatdan da az vaxt qalıb. Belə ki, səsvermə prosesi saat 19:00-da yekunlaşacaq.

Saat 15:00-dək ölkə üzrə  seçici fəallığı 26,88 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 336 733 nəfəri səs verib.

"Report" səsvermə prosesindən hazırladığı növbəti fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi