Şəhid qızı: "Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib" - VİDEO

Şəhid qızı: "Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib" - VİDEO Şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova Xalq Bankda girovda olan mənzili ailəsinə geri qaytardığı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Multimedia
13 Noyabr , 2019 17:51
Şəhid qızı: Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib - VİDEO

Şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova "Xalq Bank"da girovda olan mənzili ailəsinə geri qaytardığı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

"Report"a danışan N.Cəfərova bildirib ki, anasının müalicəsi üçün 2014-cü ildə Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla "Xalq Bank"dan kredit götürüb. Amma sonradan iki devalvasiya nəticəsində o, kredit borclarını ödəməkdə çətinlik çəkib. Belə olan təqdirdə, kredit ödənilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə onun "Xalq Bank"da girovda olan mənzili hərraca çıxarılıb.

Bundan sonra N.Cəfərova məsələni ictimailəşdirmək qərarına gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə onun girovda olan mənzili geri qaytarılıb. Həmçinin kreditin qalan borcları da Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilib.

N.Cəfərova bildirib ki, həmin ev 1994-cü ildə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev tərəfindən atasının şəhid olduğuna görə verilib. Şəhid qızı həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə anasının sentyabr ayında əməliyyat olunduğunu da vurğulayıb.

"Sentyabrın 10-da anam ikinci dəfə əməliyyat olunub. Birinci vitse-prezident Mehriban Əliyeva iki ay ərzində mənə iki böyük yaxşılıq etdi. Anamı və evimi mənə qaytardı. Mehriban xanım bizə göstərdiyi diqqət və qayğı ilə bir daha sübut etdi ki, Azərbaycan dövləti şəhidinə böyük diqqət göstərir", - deyə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova deyib.

Son xəbərlər

Orphus sistemi