Yuxarı

​Qubada alma bağları susuzluqdan quruyub - VİDEOREPORTAJ

Problemin həlli üçün rayonda su ehtiyatı anbarının yaradılmasına ehtiyac var

Bakı 16 sentyabr. REPORT.AZ/ Bu il havaların quraq keçməsi ilə əlaqədar olaraq Qubada alma bağları susuzluqdan quruyub. Bu barədə "Report"a Quba Suvarma Sistemləri İdarəsinin su nəzarətçisi İsa Şükürov məlumat verib. O qeyd edib ki, buna səbəb çaylarda suyun səviyyəsinin aşağı düşməsidir: "Qubada alma yığımı avqustun sonunda başlayırdı. Bu il isə quraqlıq səbəbindən yığım gecikib. Bu da fermerlərin narazılığına səbəb olub".

İ.Şükürov əlavə edib ki, problemin həlli üçün rayonda su ehtiyatı anbarının yaradılmasına ehtiyac var: "Rayonda su ehtiyatı anbarının yaradılması ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə təklif göndərilib. Yalnız təklif qəbul olunduqdan sonra bu işə başlanıla bilər".


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi