Quba-Xınalıq-İspik yolundan istifadə edən sürücülərə xəbərdarlıq olunub - FOTO - VİDEO

Quba-Xınalıq-İspik yolundan istifadə edən sürücülərə xəbərdarlıq olunub - FOTO - VİDEO Yolun 30-cu kilometrliyi qaya parçalarından təmizlənib
Multimedia
1 Aprel , 2016 15:54
Quba-Xınalıq-İspik yolundan istifadə edən sürücülərə xəbərdarlıq olunub - FOTO - VİDEO

Bakı. 1 aprel. REPORT.AZ/ Quba-Xınalıq-İspik yolundan istifadə edən sürücülərə xəbərdarlıq olunub. Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, sözügedən yol qaya parçalarından təmizlənsə də, həmin təhlükə olaraq qalır: "Quba-Xınalıq-İspik yolunun 30-cu kilometrliyi qaya parçalarından təmizlənib. Lakin bu yol təhlükəli olaraq qalır. Mümkün qədər bu yoldan istifadə edən sürücülər ehtiyatlı və diqqətli olsunlar. İmkan qədər bu yollardan istifadə etməsinlər".

Sahə rəisi əlavə edib ki, ağır texnikalar və idarənin canlı qüvvəsi ötən axşamdan yolun qaya parçalarından təmizlənməsinə başlayıb və bu gün günorta saatlarında işlər yekunlaşıb. 

Xatırladaq ki, bu yoldan Xınalıq, Bostankeş, Qalaxudat, Əlik, Cek, Haput, Qrızdəhnə, Qrız, Buduq və Zeyid kəndləri istifadə edir. 

Son xəbərlər

Orphus sistemi