“Onda Vətən sevgisi çox güclü idi” - VİDEO

“Onda Vətən sevgisi çox güclü idi” - VİDEO Oktyabrın 9-da Füzuli istiqamətində snayperlə vurularaq şəhid olub
Multimedia
12 Aprel , 2021 17:54
“Onda Vətən sevgisi çox güclü idi” - VİDEO

“Çox ağıllı uşaq idi, onda Vətən sevgisi çox güclü idi. Bir gün dedi, mən o vaxt rahat olaram ki, torpaqlarımız azad olsun. Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm”.

Bu fikirləri İkinci Qarabağ savaşında Füzuli istiqamətində gedən döyüşlərdə snayper gülləsindən şəhid olan Asiman Allahverdiyevin qohumu Xuraman Abbasova onun barəsində xatirələrini “Report”a bölüşərkən deyib.

Asiman Allahverdiyev 1998-ci il avqustun 23-də Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbinin 1-ci sinfinə daxil olub. 9 ildən sonra təhsilini peşə liseyində “kompüter operatoru” ixtisasında davam etdirib. Kəşfiyyatçı kimi fəaliyyət göstərən A.Allahverdiyev Cəbrayıl və Füzuli döyüşlərində iştirak edib.

“Report”un süjetində şəhidin anası Sevinc Abbasova və əkiz qardaşı Cavidan Allahverdiyevin xatirələri də yer alıb:

Son xəbərlər

Orphus sistemi