Bakı. 5 sentyabr. REPORT.AZ/ Kəndovan İran İslam Respublikasının Təbriz və Osku şəhərləri arasında yerləşən turistlərin marağına səbəb olan kənddir. Kənd özünün qayalıqlarda yaşayan sakinləri ilə məşhurdur. Bu yaşayış evlərinin bəzilərinin yaşı 700 ilə qədərdir. Kəndovan sakinləri bu üstünlüklərdən istifadə edib turistlərin diqqətini cəlb edə biliblər. Bundan əlavə, Kəndovanda təbii mineral bulaqlar da mövcuddur. Sakinlərin əksəriyyəti cənubi azərbaycanlılardır.



























