Yuxarı

Qaxda qar yağır - FOTO - VİDEO

Rayon ərazisinə 5-7 santimetr qar yağıb

Qax. 17 oktyabr. REPORT.AZ/ Bugün günorta saatlarından başlayaraq Qax rayonu ərazisinə ilk qar yağıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, qar rayonun dəniz səviyyəsindən 1 800 metr yüksəlikdə yerləşən Sarıbaş və dəniz səviyyəsindən 1356 metr yüksəklikdə yerləşən İlisu kəndləri ərazisinə yağıb.

Rayonun Sarıbaş kəndinin ərazisinə 7 santimetr, İlisu kəndinə isə 5 santimetr qar yağıb.

Qeyd edək ki, qışı rütubətli keçən soyuq iqlim tipinin hakim olduğu İlisu kəndində orta illik temperatur +2, +6 C° arasında dəyişir. Yağıntıların əsas hissəsi aprel-sentyabr ayları arası düşür. İllik yağıntının miqdarı 1200-1400 millimetr, qarla örtülü günlərin sayı  isə 120-160 gündür.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi