"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb - VİDEO - FOTOREPORTAJ

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb - VİDEO - FOTOREPORTAJ Ağdam klubu "Atletiko Madrid"lə heç-heçə edib
Multimedia
18 Oktyabr , 2017 21:54
Qarabağ Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb - VİDEO - FOTOREPORTAJ
REPORT/Firi Salim

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib.

İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.

C qrupunun digər oyunu Londonda “Çelsi” və “Roma” arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:4-də başlayacaq.

Çempionlar Liqası, C qrupu, III tur

18 oktyabr

"Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 75 ("Qarabağ")

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)

Bakı Olimpiya Stadionu

Xal durumu: "Çelsi” – 6, "Roma” – 4, "Atletiko” – 2, "Qarabağ” – 1.

Son xəbərlər

Orphus sistemi