Bakı. 18 oktyabr. REPORT.AZ/ "Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib.
İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.
C qrupunun digər oyunu Londonda “Çelsi” və “Roma” arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:4-də başlayacaq.
Çempionlar Liqası, C qrupu, III tur
18 oktyabr
"Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya) - 0:0
Qırmızı vərəqə: Dino Ndlovu, 75 ("Qarabağ")
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)
Bakı Olimpiya Stadionu
Xal durumu: "Çelsi” – 6, "Roma” – 4, "Atletiko” – 2, "Qarabağ” – 1.