"Qarabağ" azarkeşləri Fransa - Xorvatiya matçında - FOTOREPORTAJ

"Qarabağ" azarkeşləri Fransa - Xorvatiya matçında - FOTOREPORTAJ Moskva. 16 iyul. REPORT.AZ/ Dünya çempionatının final matçında üz-üzə gələn Fransa - Xorvatiya millilərinin matçını onlarla azərbaycanlı azarkeş izləyib.
Multimedia
16 İyul , 2018 16:31
Qarabağ azarkeşləri Fransa - Xorvatiya matçında - FOTOREPORTAJ

Moskva. 16 iyul. REPORT.AZ/ Dünya çempionatının final matçında üz-üzə gələn Fransa - Xorvatiya millilərinin matçını onlarla azərbaycanlı azarkeş izləyib.

Bu barədə "Report"un Rusiya bürosu məlumat verib.

Sankt-Peterburq sakini Ruslan Əsgərov hələ bir neçə ay əvvəldən bilet sifariş edibmiş: "Futbolu sevirəm və çempionatın heç bir oyununu buraxmadım. Bu, artıq stadiondan baxacağım 7-ci oyun olacaq. Bu bayramın bir parçası olmaq çox xoşdur".

R.Əsgərov tikinti biznesinin nümayəndəsidir. Xüsusi olaraq final oyunu üçün o, dostları ilə birgə inşaatçı dəbilqələrində Xorvatiyanın gerbini əks etdirib.

Rusiyalı tərəfdarlar iki il sonra AVRO-2020 oyunları üçün Bakıya gələcəklərini vəd edirlər.

"Azərbaycan bizim vətənimizdir. Yığma komandaya, "Neftçi" və "Qarabağ" kimi klublara azarkeşlik edirik. İki il sonra Bakıya böyük futbol gələcək və biz mütləq gəlib izləyəcəyik", - azarkeşlər deyirlər.

Bununla yanaşı, Azərbaycan bayraqları və "Qarabağ" klubunun atributları ilə bir neçə nəfər final günü Bakıdan matçı izləmək üçün gəlib.

Elvin Vəliyev Ağdam rayonundandır və "Qarabağ"ın azarkeşidir. O, komandanın cari avrokubok mövsümündə də uğurlu çıxış edəcəyinə inandığını deyir. Bukmeker kontorunun nümayəndəsi kimi, o qeyd edir ki, Fransanın qələbəsinə pul qoyuluşları çoxluq təşkil edir, amma onun özü xorvatlara azarkeşlik edəcək.

Yeri gəlmişkən, final günündə "Lujniki" stadionuna toplaşanların əksəriyyəti Xorvatiya milli komandasına azarkeşlik edirdi.

"Bu gün kimə üstünlük verirsiniz?" sualına müxtəlif ölkələrdən olan azarkeşlər "No France" (qətiyyən Fransaya yox) cavabını verirdilər. "Üçrənglilərin" isə öz əcnəbi pərəstişkarları var idi, onlar, əsasən, milliləşdirilmiş ərəblər idilər.

Final matçında baş verənləri dünya üzrə 3 milyard tamaşaçı izləyib.

Qeyd edək ki, final oyunu Moskvadakı "Lujniki" stadionunda baş tutub.

Son xəbərlər

Orphus sistemi