Paytaxtın küçələrindən biri zibilliyə çevrilib - VİDEO

Paytaxtın küçələrindən biri zibilliyə çevrilib - VİDEO Məişət tullantılarının zibil qutularına deyil, küçəyə atılması xoşagəlməz görüntü yaradıb
Multimedia
15 Fevral , 2021 14:55
Paytaxtın küçələrindən biri zibilliyə çevrilib - VİDEO

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində məişət tullantılarının zibil qutularına deyil, küçəyə atılması xoşagəlməz görüntü yaradıb. Ərazidə yaşayan sakinlər yaranan vəziyyətdən narazılıq ifadə edirlər.

Mənzil Kommunal və Texniki Xidmət sahəsindən “Report”a açıqlamada sözügedən problemə cavabdeh olmadıqları bildirilib. Binanın komendantı da eyni fikri ifadə edib. Nizami rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı araşdırma aparılacağı və müvafiq tədbir görüləcəyi cavabı verilib.

“Report” sözügedən ərazidən reportajı təqdim edir:

Müxbir: Gülçin Cəmil

Video: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi