Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində məişət tullantılarının zibil qutularına deyil, küçəyə atılması xoşagəlməz görüntü yaradıb. Ərazidə yaşayan sakinlər yaranan vəziyyətdən narazılıq ifadə edirlər.
Mənzil Kommunal və Texniki Xidmət sahəsindən “Report”a açıqlamada sözügedən problemə cavabdeh olmadıqları bildirilib. Binanın komendantı da eyni fikri ifadə edib. Nizami rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı araşdırma aparılacağı və müvafiq tədbir görüləcəyi cavabı verilib.
“Report” sözügedən ərazidən reportajı təqdim edir:
Müxbir: Gülçin Cəmil
Video: Ehtiram Cəbi