Partlayan su borusunun "təmiri" daha ciddi problemlərə səbəb oldu - VİDEO

Partlayan su borusunun "təmiri" daha ciddi problemlərə səbəb oldu - VİDEO Gəncənin Dadaş Bünyadzadə və Aidə İmamquliyeva küçələrinin kəsişməsində su borusunun partlaması ətraf ərazilərin suya altında qalmasına eyni zamanda, antisanitariya vəziyyətinin yaranmasına səbəb olmuşdu.
Multimedia
1676
18 İyun , 2020 12:49
Partlayan su borusunun təmiri daha ciddi problemlərə səbəb oldu - VİDEO

Gəncənin Dadaş Bünyadzadə və Aidə İmamquliyeva küçələrinin kəsişməsində su borusunun partlaması ətraf ərazilərin suya altında qalmasına eyni zamanda, antisanitariya vəziyyətinin yaranmasına səbəb olmuşdu.

“Report” Qərb Mərkəzinə yerli sakinlər şikayət ərizəsi ünvanlayaraq ətraf ərazilərin və yolların su altında qalması barədə rəsmi qurumlara müraciətləri isə heç bir fayda verməyib. Ərazidə isə antisanitariya vəziyyəti höküm sürür.

Çəkiliş qrupunun sözügedən ərazidən hazırladığı videoreportajı yayımlandıqdan sonra rəsmi qurumlar məsələyə dərhal reaksiya vermişdilər. Lakin qaş düzəldən yerdə vurub göz çıxaran aidiyyəti qurumların əməkdaşları vəziyyəti daha da gərginləşdiriblər.

Həmin küçənin sakinləri "Report"un Qərb Mərkəzinə yenidən müraciət edərək ərazidə daha da təhlükəli vəziyyətin yarandığını bildiriblər.

Yerli sakin Razim Kərimovun sözlərinə görə, adiyatı qurumun işçiləri bir neçə gün öncə sözügedən ərazidə suyun ətrafa axmaması üçün çuxur qazıb gediblər. İki metrdən çox dərinliyi olan bu çuxur ərazidə suyun axmasının qarşısını almayıb. Əksinə küçənin sakinləri üçün təhlükəyə çevrilib. Küçənin sakinləri isə əsl problemi unudub övladlarının suy ilə dolu olan çuxurlara düşüb boğulması qorxusu ilə yaşayırlar.

Son xəbərlər

Orphus sistemi