Paralimpiya çempionu: "Növbəti hədəfim Parisdə qızıl medal qazanmaqdır"

Paralimpiya çempionu: "Növbəti hədəfim Parisdə qızıl medal qazanmaqdır" "Növbəti hədəfim 2024-cü ildə Parisdə keçiriləcək paralimpiadaya lisenziya qazanaraq, ikinci dəfə çempion olmaqdır"
Multimedia
692
31 Avqust , 2021 20:34
Paralimpiya çempionu: Növbəti hədəfim Parisdə qızıl medal qazanmaqdır
Şəhanə Hacıyeva

"Növbəti hədəfim 2024-cü ildə Parisdə keçiriləcək paralimpiadaya lisenziya qazanaraq, ikinci dəfə çempion olmaqdır".

Bu fikirləri "Report"a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva deyib.

Əsgər salamı ilə dünyanın diqqətini özünə çəkən idmançının bu sahəyə gəlməsinin maraqlı hekayəsi var: "İdman sahəsinə qardaşımın sayəsində gəlmişəm. Qardaşım idmana yeddi yaşında başlayıb. Bir müddət sonra mən də idmana həvəsimin olduğunun fərqinə vardım. Əvvəl bunu anamla bölüşdüm. Düzü, anam qız uşağı olduğum üçün bir az narazılıq etdi. Atam isə mülayim qarşılayaraq, idmanla məşğul olmağıma icazə verdi. 15 yaşımda Avropa çempionu oldum. Ən gənc idman ustası adına layiq görüldüm. Artıq o gündən özümə inamım daha da artmağa başladı. Daha sonra dünya çempionatında qalib gələrək, paralimpiadaya lisenziya qazandım".

Əslən Cəbrayıldan olan paracüdoçu qalib ölkənin qalib idmaçısı olduğu üçün çox qürurlu olduğunu bildirib:

"Bəli, biz həm də bu il qalib ölkənin idmançılarıyıq. Düşünürdüm ki, bu yarışda uduzmaq olmaz. Qalib ölkənin qalib idmançısı olduğum, Azərbaycana qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm”.

Hacıyeva qarşıdakı planlarından da söz açıb: "Planlarım çoxdur. Zədələrim olduğu üçün bir həftə istirahət etməyi düşünürəm. Daha sonra noyabrda Bakıda keçiriləcək yarışa qatılmağı planlaşdırıram. Sonrakı ən böyük məqsədim isə Paris paralimpiadasının qalibi olmaqdır".

Son xəbərlər

Orphus sistemi