Seçici ad günündə səs verdi - VİDEO

Seçici ad günündə səs verdi - VİDEO 36 saylı Xətai dördüncü seçki dairəsinin 8 saylı seçki məntəqəsində Milli Məclisə keçirilən səsvermə prosesi davam edir.
Multimedia
9 Fevral , 2020 09:49
Seçici ad günündə səs verdi - VİDEO
Report

36 saylı Xətai dördüncü seçki dairəsinin 8 saylı seçki məntəqəsində Milli Məclisə keçirilən səsvermə prosesi davam edir.

Məntəqə sədri Lələ Nərimanov “Report”a açıqlamasında deyib ki, siyada 1262 seçicinin adı var və onlardan qeydiyyatdan çıxan olmayıb.

O bildirib ki, məntəqələri üzrə 13 nəfər namizədliyini irəli sürüb.

Seçki məntəqəsində ilk səs verən şəxs 1952-ci il təvəllüdlü Baxşəli Pirimov olub. O, bu günün onun üçün özəl olduğunu deyib. Belə ki, fevralın 9-u onun anadan olduğu tarixdir.

Özəl günündə səsvermə hüququndan istifadə edən səbəbkar “Report”a təəssüratlarını danışıb: “Bu gün çox xoş təsadüfdür ki, həm doğum günümdür, həm də səsverməyə gəlmişəm. Xeyirli-uğurlu olsun. Hər insanın öz namizədi var və seçicilər də onlara səs verməyə gələcək. Onlardan da biri mən oldum. Ad günümdə səs verməyim çox xoş oldu. Bundan yaxşı gün yoxdur. Çox səs vermişəm, amma ad günümə düşməyib. Seçki günü səs verən insanlardan bəlkə də 5-10 nəfərinin ad gününə təsadüf edib. Onlar üçün də bu gün daha xoş gündür. Çünki bu yadda qalan bir şeydir. Heç vaxt bu yaddan çıxmır”.

Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi