"Neftçi” komandasının açıq məşqində 3 futbolçusu iştirak etməyib - FOTO

"Neftçi” komandasının açıq məşqində 3 futbolçusu iştirak etməyib - FOTO Bakı. 11 yanvar. REPORT.AZ/ Neftçi” klubu qış təlim-məşq toplanışının ilk mərhələsinə hazırlığını davam etdirir.
Multimedia
11 Yanvar , 2019 19:01
Neftçi” komandasının açıq məşqində 3 futbolçusu iştirak etməyib - FOTO
Report/Firi Salim

Bakı. 11 yanvar. REPORT.AZ/ "Neftçi” klubu qış təlim-məşq toplanışının ilk mərhələsinə hazırlığını davam etdirir.

"Report" xəbər verir ki, flaqman Türk Hava Yolları Futbol Mərkəzində məşqə çıxıb. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. 

Paytaxt təmsilçisi bu müddətdə toplu və fiziki çalışmalara üstünlük verib. Komandanın 3 üzvü - Kvame Karikari, Dario FrederikoSlavko Braliç məşqdə iştirak etməyib. Hər üç legioner axşam saatlarda Bakıya gələcək və sabah komandaya qoşulacaq.

Qeyd edək ki, "Neftçi” sabah Bakıdakı təlim-məşq toplanışını başa vuraraq ertəsi gün Türkiyəyə yollanacaq. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komanda burada 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) kollektivləri ilə üz-üzə gələcək.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi