Neft mədəni ərazilərini qanunsuz zəbt edənlərə xəbərdarlıq olunub - VİDEO

Neft mədəni ərazilərini qanunsuz zəbt edənlərə xəbərdarlıq olunub - VİDEO Neft mədəni ərazilərinin qanunsuz zəbt edilməsi hələ də davam edir
Multimedia
8 İyun , 2022 12:35
Neft mədəni ərazilərini qanunsuz zəbt edənlərə xəbərdarlıq olunub - VİDEO

Bakıda neft mədəni ərazilərinin qanunsuz zəbt edilərək ayrı-ayrı vətəndaşlara satılması problemi hələ də davam edir.

“Report” xəbər verir ki, əhalinin sürətli şəkildə məskunlaşdığı neft ərazilərindən biri də Buzovna qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) mədən sahəsidir.

Artıq mədən ərazisinin bir hissəsi yaşayış massivinə çevrilib.

Burada yaşamağın təhlükələri barədə vətəndaşlar dəfələrlə məlumatlandırılıb. Lakin buna baxmayaraq, yüzlərlə sakin mənzil problemini bu yolla həll etməyə çalışır.

Araşdırmalar onu göstərir ki, neft mədənlərinin ərazisi əsasən müxtəlif işbaz maklerlər tərəfindən zəbt olunaraq vətəndaşlara satılır.

NQÇİ-nin mühafizəsini təşkil edən “Security Operation Services” şirkətinin müşaviri Almaz Əhmədova "Report"a bildirib ki, mədən ərazilərində evlərin tikilməsi qeyri-qanunidir:

“Hektarlarla neft ərazisi yerli işbazlar tərəfindən vətəndaşlara satılır və bu zaman onlar aldadılırlar. Neft ərazisində yaşayan insanların həyatları təhlükədə olur. Onlar həm özlərini, həm də yaxınlarını qurbana çevirirlər. Şüalanma nəticəsində qan xərçəngi, şiş xəstəlikləri yaranır. Odur ki, biz vətəndaşları işbaz maklerlərin oyununa gəlməməyə və mədən ərazisində ev almamağa çağırırıq”.

Problemlə bağlı "Report" Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulovla əlaqə saxlanılıb. O deyib ki, məsələdən xəbərdardılar və ərazidə qanunsuz tikililərin qarşısının alınması istiqamətində mübarizə aparılır.

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi