“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs tabor komandiri olub

“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs tabor komandiri olub O, 1991-ci ildə Gəncə şəhəri komsomol katibi, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tələbə olduğu halda ailəsindən xəbərsiz cəbhəyə gedib və daha sonra Gəncə taborunun komandiri olub.
Multimedia
12 Oktyabr , 2020 12:41
“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs tabor komandiri olub
Taryel Şahverdiyev

Ermənilərin Gəncə şəhərini raket atəşinə tutduğu gün “TRT Haber” telekanalına müsahibə verərkən dediyi “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri ilə ölkədə tanınan şəxs keçmiş döyüşçüdür.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, həmin şəxs Taryel Şahverdiyevdir. O, 1991-ci ildə Gəncə şəhəri komsomol katibi, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tələbə olduğu halda ailəsindən xəbərsiz cəbhəyə gedib və daha sonra Gəncə taborunun komandiri olub.

Bir çox döyüşlərdə iştirak edən Taryel Şahverdiyev bir neçə güllə yarası alıb. Həmin güllələrdən biri bu gün də onun bədənindədir və əməliyyat riskli olduğu üçün çıxarılmayıb.

Bu günlərdə “TRT Haber” telekanalına müsahibə verən T.Şahverdiyev "Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor" deməklə daha çox tanınıb.

Keçmiş döyüşçü "Report"un yerli bürosuna verdiyi müsahibə zamanı Paşinyana yazdığı şeiri də deyib.

Son xəbərlər

Orphus sistemi