Müharibə iştirakçısı: “Biz ölməyə deyil, topaqlarımızı azad etməyə getmişdik”

Müharibə iştirakçısı: “Biz ölməyə deyil, topaqlarımızı azad etməyə getmişdik” “Bizim savaşımız haqq savaşı idi.
Multimedia
6 Oktyabr , 2021 19:30
Müharibə iştirakçısı: “Biz ölməyə deyil, topaqlarımızı azad etməyə getmişdik”
Yelmar Məmmədli

“Bizim savaşımız haqq savaşı idi. Biz ölməyə deyil, öldürməyə, 30 illik həsrətə son qoymağa, bizim olan ata-baba torpaqlarımızı azad etməyə getmişdik. Çünki bizim əsas missiyamız işğal altında olan torpaqlarımızı yağılardan təmizləmək idi”.

Bu fikirləri “Report”a "Baku TV"nin İkinci Qarabağ müharibəsində döyüşçü kimi iştirak edən əməkdaşı Yelmar Məmmədli deyib.

O, Tovuz döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb və müharibənin ilk günlərindən döyüş bölgəsində olub: “Biz gənc nəslin nümayəndələriyik, Qarabağı yalnız valideynlərimizin, müəllimlərimizin dilindən eşitmişik. Amma biz bilirdik ki, mütləq Qarabağ torpaqları işğaldan azad olunacaq və öz əzəli sahiblərinə geri qayıdacaq. Artıq vaxt gəlib çatmışdı, mən də torpağının təəssübünü çəkən bir vətəndaş kimi elə Tovuz döyüşləri zamanı ordu sıralarına könüllü yazılmışdım. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gələn çağırışla döyüşə yollandım. Şükürlər olsun, biz torpaqlarımızı işğaldan azad etdik və alnıaçıq, üzüağ geri döndük”.

Daha ətraflı videomüsahibədə:

Son xəbərlər

Orphus sistemi