Moskvada hava paradı keçirildi - VİDEO

Moskvada hava paradı keçirildi - VİDEO Moskva şəhərinin səmasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə hava paradı keçirilib.
Multimedia
9 May , 2020 12:23
Moskvada hava paradı keçirildi - VİDEO

Moskva şəhərinin səmasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə hava paradı keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, paraddan əvvəl Rusiya prezidenti Vladimir Putin təbrik nitqi söyləyib.

“Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yaşadan əbədi məşəl Kreml divarları qarşısında daim alovlanır. Milyonlarla insan arzuladıqları, uğrunda vuruşduqları Qələbə gününü görmədilər. Biz yaşayaq deyə, sonrakı nəsillər yaşasın deyə onlar son nəfəslərinədək vuruşdular. Bu müharibədən qayıtmayanların xatirəsi qarşısında təzim edirik. Bizim veteranlar da həyat uğrunda, ölümə qarşı döyüşüblər, bizə nümunə olan həmrəylik göstəriblər. Bir yerdə olduğumuz zaman bizə zaval yoxdur”, - Rusiya lideri qeyd edib.

Hava paradında “Mİ26”, “Mİ8AMTS”, “Mİ35M”, Q”Ka52” tipli hərbi helikopterləri, “SU34”, “SU35C”, “SU30CM” döyüş təyyarələri, habelə Rusiya hava qüvvələrinə məxsus nümayiş dəstələri iştirak ediblər. Sonda “SU25” tipli altı təyyarə səmanı Rusiya dövlət bayrağının rəngləri ilə bəzəyiblər.

Son xəbərlər

Orphus sistemi