Metropolitençilərin dincələcəyi məkan - FOTOSESSİYA

Metropolitençilərin dincələcəyi məkan - FOTOSESSİYA "Bilgəh" Sağlamlıq və İstirahət Mərkəzi yenidən qurularaq istifadəyə verilib
Multimedia
8 İyun , 2015 19:40
Metropolitençilərin dincələcəyi məkan  - FOTOSESSİYA

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin yenidən qurulan "Bilgəh" Sağlamlıq və İstirahət Mərkəzinin açılışı olub. 

"Report" xəbər verir ki, 40 ildən artıq fəaliyyətdə olan köhnə birmərtəbəli evciklərin ləğv olunması və kottec tipli müasir çoxmərtəbəli evlərə çevrilməsi üzrə işlərin davamı kimi, bu dəfə 5 yeni bina inşa olunub. Onlardan 3-ü dörd (mansard nəzərə alınmaqla), 2-si isə ikimərtəbəlidir. Bunlardan əlavə istirahət mərkəzində daha 10 ikimərtəbəli və 5 birmərtəbəli ev var. 

Yeni binalar sayəsində ötən illə müqayisədə əlavə 32 ailə olmaqla, hər biri 4 nəfərdən artıq olmamaq şərti ilə, cəmi 75 ailə bu yay mövsümünün 2 həftəsini burada səmərəli şəkildə keçirə biləcək. Bütün yeni kotteclər ən müasir məişət, mətbəx və s. avadanlıqlar, mebellərlə təchiz olunub. Digər kotteclər isə vəziyyətinə uyğun olaraq, müvafiq əsaslı və cari təmir olunaraq, lazım olan bütün yeni avadanlıqlarla təchiz edilib.

Bundan əlavə, ərazidə yeni iri park salınıb. Parkda uşaqların rahat dincəlməsi məqsədilə qum sahələri, əyləncə qurğuları qoyulub. Asudə vaxtın səmərəli və maraqlı təşkili məqsədilə yeni süni örtüklü universal (mini-futbol və voleybol), tennis və şahmat meydançaları da inşa olunub. Hər gün 9:00-dan axşam 20:00-a dək burada hər saatbaşı avtobus hərəkət edəcək və sağlamlıq mərkəzinin sakinlərini çimərliyə aparıb geri daşıyacaq.

Bu il müalicə üçün işıq, maqnit terapiyaları, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, Naftalan və parafin müalicəsindən, inhalayasiyanın bütün növlərindən, impulsiv masaj, müalicəvi idmandan, ultra səs müayinəsindən və su ilə müalicədən istifadə olunur. Bu məqsədlə əsas avadanlıqlar tam yenilənərək ABŞ, İlaiya və Çexiya istehsalı olan ən müasir tibbi cihaz və avadanlıqlar alınıb.

Qeyd edək ki, müddəti 20 gün olan sanatoriya-profilaktoriya işçilərə pulsuzdur.

Son xəbərlər

Orphus sistemi