Yuxarı

MDB ölkələrinin səfirləri Bakıda hərbi şərəf Memorialına gül çələngi qoyub

Bakıda Qələbə gününə həsr olunmuş tədbir keçirilib

Bakı. 9 may. REPORT.AZ/ MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edib.

"Report" xəbər verir ki, MDB ölkələrinin diplomatları Bakıda hərbi şərəf Memorialına gül çələngi qoyub.

Tədbirdə Bakı şəhər Nərimanov rayonu icra hakimiyyətinin nümayəndələri, veteranlar, eləcə də onların qohumları iştirak edib. 

Nərimanov rayonu icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bütün veteranları Qələbə günü münasibətilə təbrik edərək,  Böyük Vətən Müharibəsindəki qələbədə Azərbaycanın rolunu qeyd edib. O, müharibədə həlak olanların, eləcə də öz Vətəninin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini anmağa çağırıb. 

MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri adından çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, 1941-1945-ci il qələbəsi həmrəylik sayəsində əldə olunub. O, həmçinin Azərbaycanın qələbəyə verdiyi töhfəsini, o cümlədən azərbaycanlıların cəbhədə iştirakını, Azərbaycan neftini, burada istehsal olunan texnika və mərmilərin əhəmiyyətini vurğulayıb.  Onun sözlərinə görə, həmin illərdə Azərbaycanın hospitallarında təxminən 1,5 mln. insan müalicə alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi