Bakı. 16 mart. REPORT.AZ/ Lerik və Yardımlıya ilaxır çərşənbədə qar yağıb.
"Report" xəbər verir ki, cənub bölgəsinin dağlıq ərazilərində havanın temperaturu xeyli aşağı düşüb. Dünən axşamdan Lerikə, bu gün səhər isə Yardımlıya qar yağıb. Lerikdə rayon mərkəzində qar örtüyünün hündürlüyü 5-6 sm-ə, Yardımlıda isə 3-4, bəzi yerlərdə 7 sm-ə qədərdir.
Yüksək ərazilərdə qar daha çox yağıb. Hazırda yağıntı davam edir.





