Kürdəmirdə təmirə bağlanan məktəbin şagirdlərinin avtobusla daşınması problemi həll edilib - VİDEO

Kürdəmirdə təmirə bağlanan məktəbin şagirdlərinin avtobusla daşınması problemi həll edilib - VİDEO Kurdəmir rayonunda məktəblilərin ictimai nəqliyyatla daşınmasında yaranan problemə Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyi dərhal reaksiya verib.
Multimedia
11 Dekabr , 2019 13:08
Kürdəmirdə təmirə bağlanan məktəbin şagirdlərinin avtobusla daşınması problemi həll edilib - VİDEO

Kurdəmir rayonunda məktəblilərin ictimai nəqliyyatla daşınmasında yaranan problemə Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyi dərhal reaksiya verib.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Kürdəmir RPŞ-nin rəhbərliyinin xüsusi tapşırığı ilə RPŞ-nın Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq tədbirlər görüblər. Nəticədə adı çəkilən məktəbin şagirdlərinin daşınması məqsədi ilə həmin xəttə əlavə avtobuslar çıxarılaraq şagirdlərin normal daşınması təmin olunub.

Xatırladaq ki, Kürdəmir şəhər 1 saylı orta məktəbi əsaslı təmirə bağlanması ilə əlaqədar həmin məktəbin şagirdləri Kürdəmir şəhər 3 saylı, Kürdəmir şəhər 4 saylı və Kürdəmir rayon Atakişili kənd orta məktəbinə köçrülüblər. 

Buna görə də  məktəbin şagirdləri hər gün dərsə gedib-gəlmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. Lakin avtobus çatışmazlığı şagirdlərin sözügedən məktəblərə gedib-gəlmələri üçün çətinlik yaranıb. 

Kürdəmir şəhər 1 saylı orta məktəbin direktoru Rafael Məmmədov şagirdlərin məktəblərə daşınması üçün yaranan problemin həlli üçün Kürdəmir Rayon Polis Şöbəsinin Rəhbərliyinə təşəkkür edib. 

Qeyd edək ki, hazırda Kürdəmir şəhər 1 saylı məktəbin əsaslı təmir işləri sürətləndirilib və yaxın aylarda başa çatdırılacaq, 2020 ci ilin birinci yarısında şagirdlərin öz Kürdəmir şəhər 1 saylı orta məktibi istifadəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi