​Kür çayının dərinləşdirilməsinə başlanılıb - FOTOREPORTAJ

​Kür çayının dərinləşdirilməsinə başlanılıb - FOTOREPORTAJ Çayın səviyyəsi bir metr artıb
Multimedia
18 Dekabr , 2015 15:48
​Kür çayının dərinləşdirilməsinə başlanılıb - FOTOREPORTAJ

Bakı. 18 dekabr. REPORT.AZ/ Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində lilsoran qurğu vasitəsilə dibdərinləşdirmə işləri aparılır. "Report" xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi Kürün Salyan rayonu ərazisindən keçən hissəsinə də öz təsirini göstərib. 

Çayın səviyyəsi əvvəlki günlərlə müqayisədə 1 metr artıb. Suyun səviyyəsinin bu qədər qalxması hələlik rayon üçün elə bir ciddi təhlükə törətmir.

Buna baxmayaraq bir neçə il bundan öncə baş vermiş daşqınlar təkrarlanmasın deyə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən rayonda qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu yaxınlarda Kür çayına lilsoran qurğu gətirilib. Həmin bu qurğunun vasitəsilə su səthindən 14 metr dərinliyində dibdərinləşdirmə işləri aparılır.

Lilsoran qurğu gün ərzində yerindən asılı olaraq 15-20 metr lil sovuraraq irəliləyə bilir.

Qeyd edək ki, çayın dibindən çıxarılan su-qrunt qarışığı bir-birinə quraşdırılmış borular vasitəsilə sudurulducu hovuzlara yönəldilir. Sudurulducu hovuzlara yığılmış lilli su çökdürüldükdən sonra yenidən çaya axıdılır. İndiyə kimi Kürün 600 metr hissəsi lildən təmizlənərək dibi dərinləşdirilib.

Son xəbərlər

Orphus sistemi