"KamAZ" əks istiqamətdə hərəkət edərək qəza şəraiti yaradıb - VİDEO

"KamAZ" əks istiqamətdə hərəkət edərək qəza şəraiti yaradıb - VİDEO Magistral yolda qayda pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücünün görüntülərini oxuculardan biri Reportun redaksiyasının elektron ünvanına göndərib.
Multimedia
21 Sentyabr , 2019 10:47
KamAZ əks istiqamətdə hərəkət edərək qəza şəraiti yaradıb - VİDEO
Report

Magistral yolda qayda pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücünün görüntülərini oxuculardan biri "Report"un redaksiyasının elektron ünvanına göndərib.

Görüntü Bakı-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun üzü Bakı istiqamətində (136-cı kilometrində, Gəncə şəhəri yaxınlığında) baş verib.

Videodan görünür ki, "KamAZ" markalı 51-BD-148 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü həmin yolda əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Onun bu hərəkəti insanların həyatı üçün təhlükəli olmasına baxmayaraq o, sürətli zolaqda hərkətinə davam edib.

"Report" görüntüləri təqdim edir:

Son xəbərlər

Orphus sistemi