Yuxarı

"Jara" filmi Moskva tamaşaçıları arasında böyük marağa səbəb olub - VİDEO

​"Jara" filmi Moskva tamaşaçıları arasında böyük marağa səbəb olub - V

"Jara" romantik komediyası Moskva tamaşaçılarında böyük maraq oyadıb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, izləyicilər filmdə tamaşaçılara nümayiş olunan Azərbaycanın rəngarəngliyinə, gözəl və müasir Bakıya və əlbəttə ki, "Jara" festivalına biganə qala bilməyiblər.

Filmin təəssüratları barədə fikirlərini "Report"un müxbiri ilə bölüşən tamaşaçılar dəfələrlə “Bakıya getmək istəyirik!” deyib.

Qeyd edək ki, filmin çəkilişləri ötən ilin iyul ayında Bakıda "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində baş tutub.

Kinematoqraflar bir neçə gün ərzində Rusiya və Azərbaycanın əsas ulduzlarını bir araya gətirə bilib.

Filmin çəkilişlərində Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, Emin Ağalarov, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak edib.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara" festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “Jara" festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu “Otel Eleon” serialında, eləcə də Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol almış Diana Pojarskaya ifa edir.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 5-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində “Jara" romantik komediya filminin nümayişi başlanıb.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi