"Bölgələrdə hotellər turistləri qəbul etməyə hazırdır" - VİDEO

"Bölgələrdə hotellər turistləri qəbul etməyə hazırdır" - VİDEO Yay tətilini Bakıda keçirmək istəyənlərlə yanaşı, bölgələrə getməyi düşünənlər də var
Multimedia
27 May , 2021 16:31
Bölgələrdə hotellər turistləri qəbul etməyə hazırdır - VİDEO

Qarşıdan yay ayları gəlir. Havalar istiləşən kimi hər kəs yay tətilini necə və harada keçirəcəyini düşünür. Dünyada və ölkəmizdə hələ də hökm sürən pandemiya şəraiti ilə əlaqədar olaraq əvvəlki illərlə müqayisədə insanların istirahət etmə imkanları nisbətən məhdudlaşıb.

"Report"un əməkdaşı ölkəmizdə insanların yay tətilini harada keçirəcəkləri barədə sorğu aparıb. Məlum olub ki, yay tətilini Bakıda keçirmək istəyənlərlə yanaşı, bölgələrə getməyi düşünənlər də var.

Turizm eksperti Rəhman Quliyev isə "Report"a bildirib ki, insanlar öz istirahətlərini digər turistik ölkələrdə də keçirə bilər. Həmçinin onun sözlərinə görə, artıq bölgələrdə - Zaqatala, Qax, Balakən, Quba, Şəki, Qəbələ, Lənkəran və Masallı rayonlarında hoteller turistləri qəbul etməyə hazırdır.

Ekspert vurğulayıb ki, artıq turistlərin səyahətlərinin qismən bərpa olması müəyyən qədər turizmdə canlanmaya səbəb olacaq.

"Demək olar ki, yaxın aylarda bu canlanmanı müşahidə edəcəyik. Həmçinin ölkə xaricində Antaliya, Bodrum, Quş adası, Misir və digər turistik ölkələrdə istirahət etmək də mümkündür. Bu gün bizim də imkanlarımız var ki, karantin rejiminin qaydalarına əməl edərək turistlərə xidmət göstərək", - ekspert əlavə edib.

Videomaterialı təqdim edirik:

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi