İstanbul. 29 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində insanların ən çox istifadə etdiyi ictimai nəqliyyatlardan biri olan metrobuslarda Azərbaycan paytaxtı haqqında videorolik nümayiş etdirilir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, görüntülərdə Bakının İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayı, Nizami küçəsi, Xəzər dənizi, Şəhidlər xiyabanı, Alov qüllələri və s. əks olunub.
Bundan əlavə, 10 dəqiqəlik fasiləylə nümayiş olunan videorolikdə Azərbaycan mətbəxi haqqında da məlumatlar yer alıb, Türkiyə mətbəxinə bənzərliyi qeyd olunub.
Qeyd edək ki, İstanbuldakı metrobus xətti Beylikdüzü stansiyasından başlamaqla Söyüdlüçeşmə stansiyasında sona çatır, ümumilikdə, 44 dayanacaqdan ibarətdir. Hər vaqonda da 2 monitor olmaqla dayanacaqlar haqqında məlumatlar və İstanbulla bağlı xəbərlər verilir. Ümumiyyətlə, İstanbul Böyükşəhər Bələdiyyəsi hər dəfə ayrı-ayrı ölkələrin paytaxtı haqqında videorolik nümayiş etdirir.
Vüsalə Abbasova