İpək üzərində yazılan “Qurani Kərim” - VİDEOREPORTAJ

İpək üzərində yazılan “Qurani Kərim” - VİDEOREPORTAJ Tünzalə Məmmədzadə: “Ərəb dilini bilmirəm, dini təhsilim də yoxdur”
Multimedia
26 Noyabr , 2016 09:58
İpək üzərində yazılan “Qurani Kərim” - VİDEOREPORTAJ

Bakı. 24 noyabr. REPORT.AZ/ Dünyanın ilk ipək “Qurani Kərim”ni azərbaycanlı, modelyer rəssam Tünzalə Məmmədzadə yaradıb.

T.Məmmədzadə “Report”a açıqlamasında bildirib ki, “Qurani Kərim” ipək üzərində yazmamışdan əvvəl də ipək üzərində rəsm əsərləri işləyib: “İpək üzərində müxtəlif mövzulu əsərlərlə bərabər dini mövzulu əsərlər də işləmişəm. Quranı ipək üzərində yazmaq qərarı təsadüfi oldu, əvvəlcə çox tərəddüt etsəm də anamın dəstəyi ilə 3 il ərzində bu arzumu reallaşdırdım. Müəllif hüquqlarım qorunur.”.

Rəssamın sözlərinə görə, Ərəb dilini bilmir: “Ərəb hərflərini bilirəm, dini təhsilim də yoxdur. Mən bunu sırf sənət baxımından işləmişəm. “Qurani Kərim”in İslam ölkələrində, xüsusi ilə türkdilli ölkələrdə təqdimatının keçirilməsini istəyərəm”.

T.Məmmədzadə qeyd edib ki, Azərbaycan Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb: “Qərb Universitetində modelyer rəsssamlıq üzrə magistratura, yenidən Rəssamlıq Akademiyasında modelyer rəssamlıq üsrə doktorantura təhsili almışam. Hazırda Marmara Universitetində sənət tarixi üzrə doktoranturada oxuyuram".

Müxbir: Aynur Osmanqızı

Son xəbərlər

Orphus sistemi