Bu gün səhiyyə sahəsində çalışan bir neçə vəzifəli şəxsin həbs edildiyi açıqlanıb.
Bu sıraya “Yeni klinika” tibb müəssisənin direktoru Pərviz Abbasov və FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev də daxildir.
Onlar koronaviruslu xəstələrdən rüşvət alıblar. Faktlar üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, ekspertlər bildirir ki, dövlət pandemiya başlayandan indiyədək effektli mübarizə üçün əlindən gələni edir, sərhədlərin bağlanmasından, çarpayı saylarından, vaksinasiyadan tutmuş bütün addımları atır. Amma göründüyü kimi, bəziləri öz şəxsi maraqlardan çıxış edərək dövlətin gördüyü tədbirlərə kölgə salır. Amma digər sahələrdə olduğu kimi, bu məsələdə də dövlət qətiyyətini göstərir və günahkarlar cəzalandırılır. Bundan sonra da belə olacaq.
Mövzu ilə bağlı “Report” “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Milli Məclisin Komitə sədri Musa Quliyev və deputat Jalə Əhmədovanın fikirlərini öyrənib. Onlar bildirib ki, həkimlərin koronavirus xəstələrindən rüşvət alması çox pis hadisədir.
Operator: Vüqar Xanlarov