Heç kim unudulmur, heç nə yaddan çıxmır - VİDEOREPORTAJ

Heç kim unudulmur, heç nə yaddan çıxmır - VİDEOREPORTAJ Azərbaycanda bütün şəhid ailələri xüsusi diqqət və qayğı ilə əhatə olunub. Dövlətin diqqətini hər addımda hiss etdiyini deyən şəhid anası Nəzakət Əhlimanova oğlunun Vətən uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalmasından fəxarət hissi ilə danışır.
Multimedia
7 Fevral , 2020 10:51
Heç kim unudulmur, heç nə yaddan çıxmır - VİDEOREPORTAJ

Azərbaycanda bütün şəhid ailələri xüsusi diqqət və qayğı ilə əhatə olunub. Dövlətin diqqətini hər addımda hiss etdiyini deyən şəhid anası Nəzakət Əhlimanova oğlunun Vətən uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalmasından fəxarət hissi ilə danışır.

O, müsahibəsi zamanı oğlunun şəhid olmasını qürurla qarşıladığını tez-tez səsləndirirdi. Bu ifadəni bir şəhid anasının dilindən eşitmək isə məni daha da qürurlandırırdı. Oğlunun məktəb illərindən tələbəlik dövrünə və hərbi xidmətə çağırıldığı vaxtdan şəhid olduğu günə qədər keçdiyi ömür yolunu vərəqləyən şəhid anasının hər sözündə dövlətin diqqət və qayğısının bütün izlərini görmək olurdu.

“Report” şəhid Tural Yaşar oğlu Əhlimanlının yaşadığı evdən hazırladığı videoreportajı təqdim edir.

Xatırladaq ki, şəhid Tural Yaşar oğlu Əhlimanlı 1991-ci ildə Beyləqan rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetində ali təhsil alıb. Universiteti başa çatdırdıqdan sonra isə hərbi xidmətə çağırılıb. O, xidmət etdiyi müddətdə dəfələrlə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki təmas xəttinə yaxın ərazilərdə yaşayan yerli sakinlərə qarşı keçirdiyi əməliyyatların qarşısının alınmasında iştirak edib. 2015-ci ildə düşmən tərəfinin yenidən Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatın qarşısını alarkən şəhid olub.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən “Şəhidlər unudulmur” layihəsi çərçivəsində Beyləqan rayon 2 saylı tam orta məktəbin qabaqcıl sinfinə şəhid Əhlimanlı Turalın adı verilib. Həmin sinifdə şəhidin xatirə lövhəsi və fotolarından ibarət stend qoyulub.

Son xəbərlər

Orphus sistemi