Havada-yerdə, döyüşdə-təlimdə çiyin-çiyinə: birgə təlimlərdən - FOTOREPORTAJ

Havada-yerdə, döyüşdə-təlimdə çiyin-çiyinə: birgə təlimlərdən - FOTOREPORTAJ Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Qış təlimi-2021” təlimləri keçirilir
Multimedia
12 Fevral , 2021 10:02
Havada-yerdə, döyüşdə-təlimdə çiyin-çiyinə: birgə təlimlərdən - FOTOREPORTAJ

Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Qış təlimi-2021” təlimləri keçirilir.

Ötən gün təlimləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev, həmçinin Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz və Dəniz Qüvvələri Komandanı admiral Adnan Özbal izləyiblər.

Fevralın 1-də başlayan təlimlər bu gün başa çatacaq. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

“Report” “Qış təlimləri-2021” təlimlərindən fotoreportajı təqdim edir:

Son xəbərlər

Orphus sistemi