Hadrut cəngavərləri - FOTOREPORTAJ

Hadrut cəngavərləri - FOTOREPORTAJ Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğalçılardan təmizləndiyi gündür. Ötən ilin bu günü Azərbaycan Ordusu
Multimedia
9 Oktyabr , 2021 17:23
Hadrut cəngavərləri - FOTOREPORTAJ

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğalçılardan təmizləndiyi gündür. Ötən ilin bu günü Azərbaycan Ordusunun cəngavər döyüşçüləri düşməni Hadrutdan qovaraq qəsəbəni işğaldan azad edib.

Bu tarixi gündə Hadrut döyüşlərində iştirak etmiş bir qrup hərbçi qəsəbəyə səfər edib, düşmənlə üz-üzə gəldikləri, ağır döyüşlərin getdiyi ərazilərə baş çəkib, xatirələrini bölüşüblər.

Hadrut əməliyyatında iştirak edən döyüşçülər keçilməz yollardan, dağlardan və kolluqlardan irəliləyərək qəsəbəyə daxil olduqlarını və qəsəbəni qarış-qarış azad etdiklərini bildiriblər.

"Report" Azərbaycan Ordusunun Hadrut döyüşlərində iştirak etmiş bir neçə qəhrəman hərbçisinin fotosunu təqdim edir:

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi