Göyçayda su problemi: 1000-ə yaxın insan əziyyət çəkir - VİDEOREPORTAJ

Göyçayda su problemi: 1000-ə yaxın insan əziyyət çəkir - VİDEOREPORTAJ Göyçay rayonunun ən böyük kəndlərindən biri olan Qarayazı kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər.
Multimedia
29 İyul , 2019 16:57
Göyçayda su problemi: 1000-ə yaxın insan əziyyət çəkir - VİDEOREPORTAJ

Göyçay rayonunun ən böyük kəndlərindən biri olan Qarayazı kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər. 

"Report"un Könüllüləri sözü gedən kəndin ərazisində yerli sakinlərlə görüşüblər. 

Sakinlərin sözlərinə görə, kəndin giriş hissəsində kifayət qədər su ehtiyatı var. Lakin kənddə 150 ev bu sudan içə bilmir:

"Kəndimiz rayon mərkəzindən xeyli aralıda yerləşir. Bu kəndin sakinləri uzun illərdir bütün fəsillərdə susuzluqdan əziyyət çəkirlər. Yerli sakinlər kəndə içməli suyun verilməsini və suyun sayğaclaşdırılmasını istəyirlər". 

Qeyd edək ki, Qarayazı kəndində 450-dən çox fərdi yaşayış evi, 2600 nəfərə qədər sakin var. 

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "Report"un Şirvan bürosuna bildirib ki, hazırda Qarayazı kəndinə olan içməli suya yerli bələdiyyə nəzarət edir: "O ki, qaldı kənddə fərdi su sayğaclarının quraşdırılmasına, bunun üçün yerli sakinlər bizim quruma rəsmi müraciət ünvanlamalıdır. Ümüd edək ki, sayğaclaşma işləri aparılana qədər yerli bələdiyyə və icra hakimiyyətinin nümayəndələri susuzluqdan əziyyət çəkən sakinlərə müvafiq köməklik göstərəcək".

Son xəbərlər

Orphus sistemi