"Gənclərin Dostu" milli mükafatının təqdimat mərasimi keçirilib

"Gənclərin Dostu" milli mükafatının təqdimat mərasimi keçirilib Mükafatlandırılanlar sırasında "Report" informasiya agentliyinin əməkdaşı Nərmin Bəhruzi də var
Multimedia
12 Mart , 2021 17:43
Gənclərin Dostu milli mükafatının təqdimat mərasimi keçirilib

Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Dostu" milli mükafatının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın qazandığı Böyük Zəfərə həsr olunan tədbirdə deputatlar, ictimaiyyət nümayəndələri, hüquqşünaslar, həkimlər, gənc iş adamları və fəallar karantin qaydalarına əməl etməklə (sosial məsafəni qorunmaqla, tibbi maskadan istifadə etməklə) iştirak ediblər.

Gənc Sahibkarlar Klubunun sədri Anar Sarıyev çıxışında bildirib ki, tədbirin məqsədi bir daha ölkə gəncliyinin, cəmiyyətin diqqətini böyük zəfərə kökləməkdir:

“Bu gün Azərbaycan gəncliyi qalib sərkərdə, Prezident İlham Əliyevlə fəxr edir. Vaxtilə bizim üçün xəyal olan Şuşa artıq bizim üçün gerçəklikdir. Arzumuz budur ki, yaxın zamanda bu cür tədbirlərimizi Qarabağımızın incisi olan Şuşa şəhərində qeyd edək”.

Qeyd edək ki, mükafatlandırılanlar sırasında "Report" informasiya agentliyinin əməkdaşı Nərmin Bəhruzi də var.

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi