Ermənistanın 70-ə yaxın əsgər və zabitini məhv edən igid

Ermənistanın 70-ə yaxın əsgər və zabitini məhv edən igid Mehrab Niftəliyev noyabrın 8-i Şuşada qəhrəmancasına şəhid olur
Multimedia
26 Noyabr , 2020 20:00
Ermənistanın 70-ə yaxın əsgər və zabitini məhv edən igid

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında əslən Quba rayonundan olan Sumqayıt şəhər sakini, xüsusi təyinatlı qüvvələrin giziri şəhid Mehrab Söhrab oğlu Niftəliyev də var.

“Report” xəbər verir ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il 13 may tarixində Quba şəhərində doğulub. 17 il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, ölkəmizlə yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb. O xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edən Mehrab Niftəliyev çox keçmir ki, döyüş bölgəsinə göndərilir. Ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edir.

Döyüş yoldaşları deyir ki, müharibənin ən qızğın döyüşləri Cəbrayıl, Füzuli və Şuşa döyüşləri istiqamətində olub ki, Mehrab da bu döyüşlərdə düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib. Mehrab Niftəliyev noyabrın 8-i Şuşada qəhrəmancasına şəhid olub. O, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Ailəlidir, 3 övladı var.

Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi