Əməyin mühafizəsinə barmaqarası baxanlar... - VİDEO

Əməyin mühafizəsinə barmaqarası baxanlar... - VİDEO Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günüdür
Multimedia
28 Aprel , 2021 10:24
Əməyin mühafizəsinə barmaqarası baxanlar... - VİDEO

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub.

"Report"un məlumatına görə, məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətin artırılmasıdır.

Hər il dünyada milyonlarla insan istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliklərinin qurbanına çevrilir, bu səbəbdən həyatını itirir və yaxud ömürlük sağlamlığını itirərək əlil olur.

Azərbaycanda son 10 ilin dinamikasına baxanda əməyin mühafizəsi, o cümlədən texniki təhlükəsizlik sahəsində müəyyən irəliləyiş var, amma bütövlükdə problemlər qalmaqdadır.

Ekspertlər bildirir ki, istehsalatda baş verən bədbəxt hadisələrin 90 faizi qeydə alınmır.

"Report"un mövzu ilə bağlı süjetini təqdim edirik:

Son xəbərlər

Orphus sistemi