Əhalinin ictimai yerlərdə siqaret çəkənlərə münasibəti necədir? - SORĞU

Əhalinin ictimai yerlərdə siqaret çəkənlərə münasibəti necədir? - SORĞU “İnsanın siqaret tüstüsünü udması onun siqaret çəkməsindən daha təhlükəlidir”.
Multimedia
24 May , 2022 15:13
Əhalinin ictimai yerlərdə siqaret çəkənlərə münasibəti necədir? - SORĞU

“İnsanın siqaret tüstüsünü udması onun siqaret çəkməsindən daha təhlükəlidir”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Vasif Abdullayev deyib.

O bildirib ki, hazırda dünya əhalisinin 29 faizi siqaretdən istifadə edir. Siqaretdən istifadəyə görə, kişilər qadınlara nisbətdə çoxluq təşkil edir:

"Hazırda hər on nəfərdən birinin ölümünə səbəb tütündür. Siqaretin tərkibində 2000-dən çox qatışıqlar mövcuddur. Bunlardan yeddisi isə daha konsaragen təsirə malikdir. İstər aktiv siqaretçəkmə, yəni tütün yarpaqlarının qurudulmuş şəkildə nəfəs yollarına çəkilməsi, istərsə də passiv formada, yəni yaxınlıqda çəkilən siqaretin təsirinə məruz qalmaq insan sağlamlığı üçün zərərlidir. Hətta, siqaretdən passiv istifadə onun aktiv istifadəsindən daha təhlükəlidir”.

Vasif Abdullayev
Vasif Abdullayev

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Report"a bildirib ki, tütün məmulatlarından istifadə qaydası mövcuddur və qoyulan qaydalardan kənara çıxmaq isə qanun pozuntusudur:

“Bu qaydalara əsasən istənilən idarə və təşkilatlarda tütün məmulatlarından istifadə üçün xüsusi yerlər olmalıdır. Digər yerlərdə, yəni harada ki, siqaretdən istifadə etmək olmaz, bununla bağlı mütləq şəkildə bildiriş olmalıdır. Nəzərdə tutulmayan ictimai, insanların sıx toplaşdığı yerlərdə siqaretdən istifadə qadağandır. Bu kimi hallar baş verdikdə ərazidə xidmət göstərən polis əməkdaşları tərəfindən həmin şəxslər bərasində inzibati tənbeh tədbirləri həyata keçirilir. Nəzərdə tutulmayan yerlərdə tütün məmulatlarından istifadə qaydasının pozulmasına görə, həmin şəxslər barəsində 30 manat məbləğində inzibati tənbeh tədbiri görülür”.

 Nurlan Əliyev
Nurlan Əliyev

“Report” ictimai yerlərdə tütün məmulatlarından istifadənin insanlara necə təsir etməsi ilə bağlı paytaxt sakinləri arasında sorğu da keçirib. Şəhər əhalisi insanların sıx toplaşdığı yerlərdə xüsusən avtobus dayanacaqlarında, parklarda çəkilən siqaret tüstüsünün onları narahat etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi