Əfv sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Əfv sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Multimedia
944
7 Aprel , 2020 12:59
Əfv sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub
Report/Firudin Səlimov
0 : 00
0 : 00

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

“Report”un məlumatına görə, müəssisədə keçirilən tədbirdə Baba Gülməmmədov bildirib ki, cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı 176 nəfərə şamil ediləcək.

Xatırladaq ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində əfv edilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Yavər Əliyev, Etibar Qarayev, Həsən Məmmədov, Nizami Abdullayev, Zaur Bayramov və Əziz Qənbərovdur.

Son xəbərlər

Orphus sistemi