Düşmənə qan uddurmuş şəhid mayor haqqında xatirələr: Son və şərəfli döyüş

Düşmənə qan uddurmuş şəhid mayor haqqında xatirələr: Son və şərəfli döyüş Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Kəlbaliyev Səyavuşdur.
Multimedia
6 Dekabr , 2020 14:35
Düşmənə qan uddurmuş şəhid mayor haqqında xatirələr: Son və şərəfli döyüş

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Səyavuş Kəlbalıyevdir.

"Report" xəbər verir ki, Səyavuş Kəlbalıyev 16 oktyabr 1987-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub.

1993-cü il 23 avqustunda Cəbrayıldan məcburi köçkün düşən Səyavuş ailəsi ilə birlikdə Bakı şəhərinin Pirşağı qəsəbəsində məskunlaşıb. Ata, ana, 2 bacı va 2 qardaş - 6 nəfərdən ibarət ailə 16 il qatar vaqonunda yaşayaraq böyük çətinliklərlə üzləşiblər. Buna baxmayaraq 1994-cü ildə Pirşağı qəsəbəsi Şuşa rayon 6 saylı orta məktəbə gedən Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə (AAHM) daxil olub.

Hələ orta məktəb illərində hərbçi olmağı qarşısına məqsəd qoyan Səyavuşu məktəb kollektivi "Çavuş" deyə çagırırmış. Səyavuş 2009-cu ildə AAHM-i müvəffəqiyyətlə bitirərək leytenant hərbi rütbəsi alıb. 2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunu bitirərək, N saylı hərbi hissədə xidmətə başlayıb. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçib, xidmətini xüsusi hərbi hissədə davam etdirib. Bu dövrdə qüsursuz xidmətinə görə müxtəlif fəxri fərmanlar, orden və medallarla təltif edilib.

27 sentyabrda Cəbrayıl istiqamətində döyüş tapşırığını Səyavuş Kəlbalıyevin müavini yerinə yetirməli idi. Lakin Səyavuş doğulduğu Cəbrayıl rayonunun işğaldan azad edilməsi arzusu ilə müavininin adını siyahıdan çıxartdıraraq öz adını yazdırıb və əməliyyatlara özü rəhbərlik edib.

Beləcə, Vətən müharibəsində N saylı hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsində, rəhbərlik etdiyi qrupu ilə döyüşüb və düşmənə ağır zərbələr endirib. Səyavuş Kəlbalıyev sentyabrın 30-da gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəlidir, 2 övladı var.

“Report” şəhid Səyavuş Kəlbalıyevin qısa, amma mənalı həyatı ilə bağlı süjeti təqdim edir:

Son xəbərlər

Orphus sistemi