Video əlavə olunub.
***15:59
Ağdam rayonunun 1993-cu ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları da köçkünlük həyatı yaşamalı oldu.
Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov "Report"un Qarabağ Mərkəzinə bildirib ki, ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar. Lakin rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıхarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlaх rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb. Lakin buranın torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yeri olan Ağdamın əvəzini verə bilməz. Burada atların fərdi saxlanması, onlara fərdi qulluq edilməsi, təlim keçilməsi, cıdıra hazırlanması üçün əlverişli şərait yoxdur.
Çətinliklərə baxmayaraq Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub.
Hazırda Qarabağ Atçılıq Kompleksində 250 baş at, o cümlədən 50 baş ana madyan və 6 baş törədici ayğır saxlanılır. Atlar damazlıq istiqamətdə yetişdirilir. Bu il də 60-65 bala alınması gözlənilir. Hazırda madyanlar balavermə dövrünü yaşayır. Bu günə qədər 30 bala alınıb. Balalar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir. Bu atların bir qisminə təlim keçilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.
"Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir", - deyə M.Hüseynov bildirib.
Prezident
Qarabağ Atçılıq Kompleksinin direktoru qeyd edib ki, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədilə imzalanan bu sərəncamlar Qarabağ atının genefondunun təkrar özünə qaytarılmasında böyük rol oynayacaq: “Uzun müddət atçılıq sahəsində işləmiş mütəxəssis, bir qarabağlı kimi Qarabağ atlarının şan-şöhrətinin özünə qaytarılması üçün görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Ağcabədi rayonunun Xamtorpaq ərazisində Ağdam atçılıq təsərrüfatı üçün müasir kompleks inşa olunub. Yeni kompleks 34 hektar ərazini əhatə edir. Layihəyə əsasən kompleksdə nəzarət buraxılış binası, inzibati bina, konfrans salonu, tövlələr, atların gəzinti meydançası, açıq və qapalı manejlər, qaçış zolaqları, məşq qurğusu, klinika, süni mayalanma laboratoriyası, nalbənd və sərrac emalatxanası, su, yem, təsərrüfat və gübrə anbarları, avtopark, işçilərin yaşayış yeri və s. inşa edilib. Ondan artıq müxtəlif texnikanın, 80 nəfər işçinin çalışdığı kompleksin tikilərək istifadəyə verilib. obyektdaxili su və kanalizasiya xətləri çəkilib, elektrik, havalandırma sistemi qurulub.